5 C
Baku
Monday, December 23, 2024

Mərkəzi Bank: BOKT-lərin aktivləri gələn il 1 mlrd. manatı ötəcək

2025-ci ilin sonuna kimi Azərbaycanda BOKT-lərin aktivləri 2 dəfə artacaq. BOKT-lərin aktivlərinin bir milyard manatı ötməsi hədəflənir.

Bunu “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov deyib.

O bildirib ki, aktivlərlə yanaşı BOKT-lərin kapitalı 482 milyon manata yüksəlib. Bu həm sözügedən təşkilatların mənfəət generasiyası, həm də bazara yeni təşkilatların daxil olması ilə bağlıdır.

“Aktivlərin artımı ilə yanaşı BOKT-lərin şəbəkələri genişlənir. Mikro maliyyə sektorundan filialların sayı 302-yə çatıb. Banklarla müqayisədə BOKT-lərin regionlarda genişlənməsi daha müsbət hal alıb. Sektorda çalışanların sayı 3500-ə, müştəri sayı isə 700 minə çatıb”, – şöbə rəisi əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər