10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: BOKT-lərin maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.

Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.0% təşkil etmişdir. Qeyd edək ki, BOKT-lərin təhlili “Aqrarkredit” QSC nəzərə alınmadan aparılmır.

2022-ci il ərzində 4 bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilmiş, beləliklə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 95-ə enmişdir.

222222

Hal-hazırda fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarından 14-ü xarici kapitallıdır ki, onların da 11-ində xarici kapitalın payı 50%-dən yüksəkdir.

2022-ci ilin ilin sonuna BOKT-lərin sayı 55, Kİ-nın sayı isə 40 olmuşdur. İl ərzində BOKT işçilərinin sayı 296 nəfər artaraq 2859 nəfər, filiallarının sayı isə 21 ədəd artaraq 287-ə çatmışdır. Hesabat dövrü ərzində heç bir quruma yeni lisenziya verilməmişdir.

2022-ci il ərzində BOKT sektorunun balansı genişlənmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 33% (127 mln. manat) artaraq 516 mln. manat təşkil etmişdir. Artımın əsas drayveri xalis kredit portfeli olmuşdur. İl ərzində xalis kredit portfeli 37% (108 mln. manat) artmışdır ki, artım əsasən istehlak kreditləri hesabına formalaşmışdır (62 mln.manat).

2342 1

Aktivlərin artımı BOKT-lərin maliyyə sistemi qarşısında öhdəliklərinin artımı hesabına dəstəklənmişdir. BOKT-lərin cəmi öhdəlikləri il ərzində 37% (82 mln. manat) artaraq 306 mln. manat təşkil etmişdir ki, artım əsasən bank və digər maliyyə institutlarının kreditləri (35 mln. manat), habelə qiymətli kağızlar (18 mln. manat) hesabına formalaşmışdır.

2022-ci ildə də istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam etmişdir. İl ərzində kredit portfeli 32% (107 mln. manat) artaraq 440 mln. manat olmuşdur. İstehlak kreditləri üzrə illik artım 31%, biznes portfeli üzrə isə 34% olmuşdur. 2022-ci ilin sonuna BOKT-lərin kredit portfelinin 60%-i (264 mln. manat) istehlak kreditləri, 40%-i (176 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 22%-i (51 mln. manat) kənd təsərrüfatı, 18%-i (41 mln. manat) qeyri-istehsal və xidmət sahələrinin, 17%-i (39 mln. manat) isə ticarət sahəsinə verilmiş kreditlər təşkil edir. Kredit portfelinin keyfiyyəti portfelin artımı fonunda yaxşılaşmışdır.

2022-ci ildə sektorun qeyri-işlək kredit portfeli 5.3% azalaraq 66.5 mln. manat təşkil etmişdir. İl ərzində QİK əmsalı isə 6 f.b. azalaraq 15% olmuşdur. QİK portfeli həm istehlak kreditləri, həm də biznes kreditləri üzrə azalmışdır. BOKT sektorunda təmərküzləşmə əlamətləri müşahidə olunur. Sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 15 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların aktivləri BOKT sektorunun 74%-i (383 mln. manat) təşkil edir. Əlavə olaraq, sektor üzrə regional təmərküzləşmə də nəzərəçarpandır. Sektor üzrə verilən kreditlərin 59%-i Bakı şəhəri üzrə təmərküzləşib.

Son xəbərlər
Digər xəbərlər