8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank: BOKT-ların rolu kiçik olaraq qalır

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Bu barədə Banker.az-a 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında deyilir.

Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.0% təşkil edir . Fəaliyyət göstərən 97 bank olmayan kredit təşkilatından 15-i xarici kapitallıdır ki, onların da 11-də xarici kapitalın payı 50%-100% arası təşkil edir.

Cari ilin ilk yarımilliyinin sonuna BOKT-lərin sayı 55, Kİ-nın sayı isə 41 olmuşdur. 6 ay ərzində BOKT işçilərinin sayı 42 nəfər artaraq 2 592 nəfər, filial sayı isə 11 ədəd artaraq 280-ə çatmışdır. Hesabat dövrü ərzində 2 BOKT-nin lisenziyası ləğv edilmiş, yeni BOKT lisenziyası verilməmişdir.

Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri son 6 ay ərzində 13.3% (52 mln. manat) artaraq 440 mln. manat təşkil etmişdir. Artımın əsas drayveri xalis kredit portfeli olmuşdur. İl ərzində xalis kredit portfeli 12.4% (36 mln. manat) artmışdır ki, bu da əsasən istehlak kreditləri hesabına formalaşmışdır.

Dövr ərzində BOKT-lərin investisiya portfelinin (digər törəmə təsərrüfat cəmiyyətlərində iştirak payı) 2 dəfədən çox artaraq 19 milyon manata çatdığı müşahidə edilir.

2323423

Cari ildə də istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam edir. 2022-ci ilin ilk 6 ayının sonuna BOKT-lərin kredit portfelinin 62%-i (227 mln. manat) istehlak kreditləri, 38%-i (140 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 35.6%-i (50 mln. manat) kənd təsərrüfatı, 26.1%-i (36 mln. manat) qeyri-istehsal və xidmət, 19.0%-i (27 mln. manat) isə ticarət sahələrinə verilmiş kreditlər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər