14 C
Baku
Thursday, October 30, 2025

Mərkəzi Bank BOKT-nin vəzifəli şəxsini cərimələyib – məbləğ

Azərbaycan Mərkəzi Bankı “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.

Xatırladaq ki, “Prior Credit BOKT” ASC 2020-ci ildə yaradılıb, 2 100 000 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i “Prior Leasing Şirkəti”nə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər