Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) faiz qərarını ictimaiyyətə açıqlayacaqdır.
Qeyd edək ki, iyulda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.50%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
Bildirək ki, Mərkəzi Bank Uçot dərəcəsini 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.