10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank “Capital Partners İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin fəaliyyətində bir sıra pozuntular aşkarlayıb.

Bu barədə AMB məlumat yayıb.

Mərkəzi Bank tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb. Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.

Son xəbərlər
Digər xəbərlər