10 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bank cari ilin 2-ci yarısında faiz artımı üzrə pauza verə bilər – Gasprombank

Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin ikinci yarısında pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə verə bilər.

Banker.az xəbər verir ki, “Gazprombank”ın analitikləri belə hesab edirlər.

“Biz iyunda keçiriləcək iclasda uçot dərəcəsinin növbəti dəfə 25 bazis bəndi artırılaraq 9.25%-ə çatdırılacağını gözləyirik, daha sonra 2023-cü ilin II yarısında Mərkəzi Bankın monetar şərtlərin sərtləşdirilməsində fasilə verə bilər. Bizim fikrimizcə, azalma tsikli ən tez 2024-cü ilin birinci rübündə yenilənə bilər”.

“Gazprombank”da hesab edirlər ki, Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir.

Bankdan qeyd ediblər ki, Mərkəzi Bank pul-kredit siyasəti alətlərini təkmilləşdirir. “Bu, monetar siyasətin transmissiya mexanizmlərinin effektivliyini artırmağa imkan verir. Mərkəzi Bank pul bazarını və monetar alətləri inkişaf etdirir. Monetar siyasət alətlərinin təkmilləşdirilməsinin ilk nəticələri artıq özünü göstərib, ancaq bu istiqamətdə işlərin daha da gücləndirilməsi planlaşdırılır. Hesab edirik ki, bu, yerli borc bazarının inkişafı üçün də əlavə şərait yaradacaq”, – deyə icmalda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər