Mərkəzi Bank tərəfindən “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.
Bu barədə Banker.az-a AMB-dən bildirilir.
Fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən “Kabox” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli, ÖT-008 nömrəli lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.
Şirkət hazırda bazarda “Kashpay” brendi ilə fəaliyyət göstərir.