Azərbaycan Mərkəzi Bankı “FinKapital Bank Olmayan Kredit Təşkilatı” MMC-yə lisenziya verib.
Banker.az bu barədə requlyatora istinadən xəbər verir.
Məlumata görə, AMB-nin İdarə Heyəti tərəfindən lisenziya “FinKapital BOKT”-a 30 noyabr 2021-dən verilib.
BOKT 2021-ci ilin iyulunda Bakı şəhəri Nəsimi rayonu, Nizami, ev 73, m. 17 ünvanında, 300 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. BOKT-un təkbaşına rəhbəri Bağırov Tural Şamil oğludur.
Bununla da Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı 55-ə yüksəlib.