22 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bank daha bir investisiya şirkətinə lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Troni İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 12-ə çatıb.

Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti” QSC-ni ötən ilin oktyabr ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B, mənzil 33 mənzilində qediyyata alınmışdı.

Şirkətin nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Rəhman oğlu Əmiraslanovdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər