9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank daha bir lisenziyası ləğv edilmiş bankı məhkəməyə verib

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Agentliyin məlumatına görə, AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər