15 C
Baku
Sunday, November 24, 2024

Mərkəzi Bank daha bir sığorta şirkətinə müddətsiz lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən müddətsiz lisenziya verilib.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirlir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 57.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli müddətsiz lisenziya verilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər