Azərbaycan Mərkəzi Bankı ASC “Xalq Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-nın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, hər iki bank tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələbləri pozulub.
Bu səbəbdən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsi rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən hər iki bankın vəzifəli şəxslərinin hər biri 1 500 manat məbləğində cərimə edilib.
Qeyd olunub ki, hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.





