12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

Azərbaycan Mərkəzi Bankı avqustun 15-də keçirəcəyi növbəti depozit hərracında 50 mln. manat cəlb etməyi nəzərdə tutur. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

“AMB avqustun 15-də keçirəcəyi səkkizinci depozit hərracında 28 gün müddətinə 50 mln. manat vəsait cəlb etməyi nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 4,01%-9,49% təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər