7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank deyir ki, bu il valyuta əməliyyatları həcmi 24.5% düşüb

2021-ci ilin yanvar-mart aylarında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-dən bildirilir ki, rüb ərzində valyuta bazarında tarazlıq müşahidə edilib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da əsasən müşahidə edilən de-dollarlaşma meyilləri ilə izah edilir.

2021-ci ilin I rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 24.5% azalaraq 5.9 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur.

Nağdsız valyuta əməliyyatlarının 85.6%-i ABŞ dollarında, 14.4%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 30.6%-i banklararası valyuta bazarında (BVB), 69.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.

Rüb ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.

BDVB-də valyuta əməliyyatlarının həcmi 4.1 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 79.4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2 dəfə azalaraq 1.1 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 89%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən yanvar ayına təsadüf etmişdir.

Son xəbərlər
Digər xəbərlər