12 C
Baku
Wednesday, December 10, 2025

Mərkəzi Bank deyir qiymətlər növbəti aylarda azalmağa doğru gedəcək

Hazırda Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir.

Bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair dekabr bəyanatında bildirilir.

2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib, bu da AMB-nin faiz dəhlizinin yuxarı həddinə (6%) yaxındır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib.

Qeyd edək ki, AMB-nin 10 dekabr 2025-ci il tarixdə İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.

AMB bildirib ki, baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir.

İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlı olduğunu qiymətləndirmişdi.

AMB-nin baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilirdi.

Son xəbərlər
Digər xəbərlər