27 C
Baku
Wednesday, June 26, 2024

Mərkəzi Bank dollarlaşmaya zərurət görmür – RƏSMİ

Azərbaycanda valyutaya tələbat stabilləşib. Bu il və gələn məzənnədə kəskin dəyişikliyə zərurət görmürük. Ciddi dollarlaşmaya zərurət yoxdur.

Bu barədə Mərkəzi Bankın sədr müavini Xaqani abdullayev məlumat verib.O bildirib ki,  avqust ayında müəyyən təzyiqlər olub və bu da qonşu ölkələrdəki devalvasiyaların psixoloji təsiri ilə əlaqədar idi.

“Həmin müddətdə müəyyən dollarlaşma getdi. Lakin sentyabr ayının ortasından etibarən artıq valyutada stabillik yaranıb. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlrd. manatdan bir qədər artıqdır. >

Ciddi dollarlaşmaya zərurət yoxdur. Biz Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsiz saxlanılmasını əsas götürürk. Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma məbləği ciddi narahatlıq doğurmamalıdır. Çünki Mərkəzi Bank makroiqtisadi sabitliyə əsasən, manatın məzənnəsi vasitəsilə nail olur”.

Xaqani Abdullayev həmçinin ipoteka kreditləşməsini genişləndirilməsi ilə bağlı təkliflərin artıq Mərkəzi Banka təqdim olunduğunu və hazırda təkliflər üzərində iş aparıldığını deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər