Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 dekabr 2024-cü il tarixli Qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bununla da elektron pul təşkilatlarının sayı 17-ə yüksəlib.
“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır”, – deyə AMB-nin açıqlamasında bildirilir.
Xatırladaq ki, “ALGORITMA” Məhdud Məsuliyyətli Cəmiyyəti (1504907781) 2019-cu ildə 1000 manat nizamnamə kapitalı ilə yaradılsa da, keçən ilin avqustundan kapitalı tələb olunan məbləğə – 751 000 manata qaldırılıb. Şirkətin direktoru Toğrul Quliyev Ədalət oğludur.
Lisenziyalı elektron pul təşkilatları:
1. “A-Solutions Elektron Pul Təşkilatı” MMC
2. “United Payment” MMC
3. “Modenis” MMC
4. “PashaPay” MMC
5. “Mobile Payment Solutions” MMC
6. “Mpay” QSC
7. “Paysis” MMC
8. “PulPal” MMC
9. “Qoldenpey” ASC
10. “K GROUP” MMC
11. “Azərikard” MMC
12. “Payriff” QSC
13. “Greentek Group” MMC
14. “Cüzdan” MMC
15. “Tiko Azərbaycan” MMC
16. “Baku Pay” MMC
17. “Algoritma” MMC