15 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank eyni xidməti öncəki ildən 16% ucuz əldə edib

Azərbaycan Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı elektron satınalma üzrə açıq tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, AMB-nin Tender komissiyasının 16 dekabr 2021-ci il tarixli qərarına əsasən “Principal” MMC qalib elan edilmişdir.

“Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb” – deyə, məlumatda qeyd edilir.

Elektron Satınlamalar üzrə portalda isə Mərkəzi Bankın adı çəkilən şirkətə 74.9 min manata bu xidməti həyata keçirəcəyi bildirilir. İlin əvvəli bu şirkətlə 76.5 min manatlıq eyni xidmət üzrə müqavilə imzalamışdılar. Bir il öncə isə bu lot üzrə tender AMB üçün 90 min manat xərcləmişdi.

“Principal” MMC 2016-cı ildə təsis edilib, şirkətin cəmi 10 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Orxan Abdurahmanov Əlisəfa oğludur. Orxan Abdurahmanov həmçinin “Grow Audit & Consulting” MMC-nin səhmdarı və direktorudur.

 

Son xəbərlər
Digər xəbərlər