8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank: Gələn həftədən “Apple Pay” Azərbaycanda işə düşür

Mərkəzi Bankın təşəbbüsü və rəsmi dəvəti ilə “Apple Pay” ödəniş sisteminin Azərbaycanda tətbiqi üzrə işlərə başlanılıb.

Banker.az xəbər verir ki, bu gün press-konfransda Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirir.

“Bu istiqamətdə aktiv işlər həyata keçirlir. Artıq “Apple Pay” komandası kommersiya bankları prosesinq mərkəzləri və beynəlxalq kart təşkilatları ilə birgə aktiv tətbiq və sınaq işlərini mərhələli olaraq icra etməkdədirlər”.

Baş direktorun sözünə görə, yaxın günlərdə bu ödəniş sistemindən istifadə mümkün olacaq.

“Bildirim ki, artıq yaxın günlərdə, hətta ola bilər ki, gələn həfətədə bir sıra k.banklarının emissiya etikləri debit və kredit kartlarından istifadə etməklə “Apple Pay” vasitəsi ilə, təmassız, asan, təhlükəsiz ödənişləri təmassız (wirless) POS-terminallar üzərindən, e-ticarət səhifələrinə və tətbiqlərindən ödəniş etmək mümkün olacaq. Bununla bağlı AMB-nin social şəbəkə kanalları ilə ictimaiyyətə geniş məlumat tətbiq ediləcək”.

Son xəbərlər
Digər xəbərlər