20 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101979S dövlət qeydiyyat nömrəli, 200 mln manat (AZN) həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az bu barədə BFB-ya istinadla xəbər verir.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 337,67 mln. AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Bildirək ki, bu notun nominal dəyəri 100 AZN təşkil edir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil etmişdir.