8 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank hərraca çıxardığı notların böyük hissəsini sata bilmədi

04 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı  98.8882 AZN (14.99%) və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 31.01.2018

Son xəbərlər
Digər xəbərlər