8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank hərracda 30 mln. cəlb edib

4 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50201596S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.9381 (4.6%) və 99.2428 (3.27%) olan 7 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,214,300.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2428 (3.27%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 27.06.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər