Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirləcək depozit hərracının detalları açıqlanıb.
Banker.az-a AMB-dən daxil olan məlumata görə, Azərbaycan Mərkəzi Bankı 30 may tarixində keçirləcək hərracda 150 mln. manat cəlb etməyi planlayıb. Bloomberg platformasında keçirləcək hərrac saat 11:00-11:15 radələrində baş tutacaq. 14 gün müddətində cəlb olunacaq vəsaitin faiz dərəcəsi 12,01%-14,99-dir.
Xatırladaq ki, sonuncu hərraca 250 mln. manat cəlb olunması nəzərdə tutulmuşdu və hərracda rekord qeydə alınmışdı. Belə ki, 26 may tarixində keçirilən hərracda indiyə qədər keçirilmiş depozit hərraclarında ən çox göstərici, yəni, 649 mln. manat cəlb olunmuşdur.