15 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank hazırladığı ani ödəniş sistemi üçün bu şirkətə 831 min manat ödəyəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi tenderin qalibi “GT Solyuşnz” Məhdud Məsuliyyətli Cəmiyyət olub.

Banker.az xəbər verir ki, elan edilən tenderdə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidməti nəzərdə tutulur.

Mərkəzi Bank bunun üçün “GT Solyuşnz” MMC-yə 831 min 286 manat ödəyəcək.

Bildirək ki, “GT Solyuşnz” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 40 manatdır və qanuni təmsilçisi Elxan Həsənov Mirhadi oğludur.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının hazırladığı ani ödəniş sistemi bu ilin sonuna qədər tam istifadəyə veriləcək. Ani Ödəniş sistemi bu gün ölkədə olan ödəniş sistemlərindən fərqli olacaq və iki tərəf arasında 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər