Azərbaycan Mərkəzi Bankı tərəfindən hesabatı vaxtında təqdim etməyən “A+CO” ASC və “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC-ni cərimələdi.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2500 manat və “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimə edilmişdir.
MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.
MEAS-ın məqsədləri:
- investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
- açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
- investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
- məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
- məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.