13 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank hüquqi şəxslər yarada biləcək

Mərkəzi Bank hüquqi şəxslər yarada biləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bank öz məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, maliyyə bazarları infrastrukturunun fəaliyyətinin təmin edilməsi, habelə maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə hüquqi şəxslər yaratmaq və (və ya) onlarda iştirak etmək hüququna malikdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər