Azərbaycan Respublikasının Mərkəzi Bankı oktyabr ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC və “Paşa Sığorta” ASC-yə qarşı icrası məcburi olan yazılı göstərişlər tətbiq edib.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir. Hər iki iş oktyabrda tətbiq edilib.
Qərar hər iki şirkətin “Sığortaçılarda korporativ idarəetmə standartları”na tam əməl etməməsi ilə bağlıdır. Mərkəzi Bank bildirir ki, göstərişlər “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsasən verilib.







