Azərbaycanın valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin ilin 8 ayında 18% möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaldıb.
Bunu Banker.az AMB-nin press-relizinə istinad edir.
AMB bildirir ki, xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 mlrd. ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində olub.
2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır.
Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir.
Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olmuşdur.