12 C
Baku
Monday, November 25, 2024

Mərkəzi Bank ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da bank lisenziyası almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.

Son xəbərlər
Digər xəbərlər