Elektron ödəniş təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Mərkəzi Bankının gündələyindədir.
Bunu Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, indiyə kimi 20-dən çox elektron pul və ödəniş təşkilatı lisenziya üçün AMB-yə müraciət edib.