21 C
Baku
Wednesday, June 11, 2025

Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi

Azərbaycan Mərkəzi Bankı cari il və növbəti il üzrə inflyasiya proqnozlarını yeniləyib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair press-relizində bildirilir.

Yeni açıqlamada cari il üzrə inflyasiya proqnozunu endirərkən, növbəti il üçün yüksəldib.

Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilirdi.

Bildirilir ki, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.

İnflyasiyaya təsir edən xarici amillər son aylar ümumilikdə stabildir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə ötən il qlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası azalaraq 2024-cü ilin 11 ayında 11.9%-ə enibdir ki, bunun da əhəmiyyətli hissəsi manatın nominal effektiv məzənnəsinin 9% möhkəmlənməsi hesabına neytrallaşıb.

 

Son xəbərlər
Digər xəbərlər