Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramına qəbula müsabiqə elan edir.
İş təcrübəsi olmayan, aşağıdakı istiqamətlər üzrə bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələr müraciət edə bilərlər.
- İqtisadiyyat;
- Kompyuter elmləri və informasiya texnologiyaları;
- Maliyyə;
- İdarəetmə (İnsan resurslarının idarə edilməsi);
- Tətbiqi riyaziyyat;
İnternatura 01 iyuldan 15 sentyabr 2015-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsindən (www.cbar.az) əldə edə bilərsiniz. Doldurulmuş müraciət anketini [email protected] elektron poçt ünvanına 06 fevral 2015-ci il tarixinədək göndərməyiniz xahiş olunur.
QEYD :
Müraciət Anketini şəxsi yahoo, gmail və hotmail hesabınızdan göndərin. Digər hesablardan ([email protected], [email protected], sairə) göndərilən e-məktublar ünvanımıza çatmaya bilir. Başqasının hesabından göndərilən Müraciət Anketinə baxılmayacaq. 2. Bütün məlumatlar e-poçtunuza göndəriləcək. Xahiş edirik e-poçtunuzu mütəmadi olaraq yoxlayın və cavablandırın.
http://www.cbar.az/pages/about-us/internship/







