12 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzi Bank interval məzənnəsinə üstünlük verməlidir

Rusiya rublu da dollar təzyiqinə tab gətirmədi. Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir. Bu isə o deməkdir ki, rubl sadəcə ötən bir ay ərzində 8 faiz dəyər itirib.

İqtisadçı-ekpert Vüqar Bayramov bildirir ki, Milli valyutamız manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir: “Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir.”

“Rublun kəskin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. 2017-ci ildə təklif etdiyim kimi, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Mərkəzi Bankın fiks (sabit) məzənnə siyasətinə üstünlük verməsi xarici faktorların nəzərə alınmasına imkan vermir. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar.”- deyə o bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər