12 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank investisiya xidmətlərinin həyata keçirilməsi üçün tələbləri təsdiqləyəcək

İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub. Eyni zamanda Mərkəzi Banka qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər