22 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bank istehlak kreditləri ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqinə hazırlaşır

İstehlak kreditlərinin verilməsi templərinin artımı hər kəsin diqqətini artıq çəkmişdir. Bu məsələ ilə bağlı prezident İlham Əliyevdə narahatçılığını görüşlərdə bir neçə dəfə bildirmişdir. Artıq bu məsələ ilə bağlı Mərkəzi Bank banklara müvafiq tapşırıqların verilməsinə başlayıb. Hələki bu göstərişlər araşdırma xarakteri daşıyır və yaxın gələcəkdə məhdudiyyətlərin qüvvəyə minməsi tərəfimizdən proqnozlaşdırırıq. Buda öz növbəsində kredit faizlərinin artımına gətirib çıxaracağı qaçılmazdır.

Bu məhdudiyyətlərin hansı formada olacağının detalları haqqında qərar hələki qəbul edilməmişdir.

Qeyd edək ki, bu tip məhdudiyyətin sərt forması Mərkəzi Bank tərəfindən hələ 2014-cü illərdə istehlak kreditləri və biznes kreditlərinin faiz dərəcələrində yuxarı limitlərin tətbiqi şəklində, həmçinin avtomobil kreditləri üzrə prezidentin Bakı şəhərində avtomobillərin artımı ilə bağlı iradlarından sonra tətbiq edilmişdir. İstehlak kreditləri ilə bağlı məhdudiyyətlər devalvasiyadan sonra və həmçinin banklara nəzarətin Palataya keçdikdən sonra götürülsədə, avtomobil kreditlərinə qoyulan sərt məhdudiyyətlər indiyə kimi qüvvədədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər