10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank istehlak kreditlərinin faizlərinə dair göstəriciləri açıqladı

Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrində qismən azalma müşahidə edilib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu 1 iyul 2020-ci il tarixinə olan hesabatda qeyd edilir.

Kredit kartı vasitəsilə verilən kreditlər milli valyutada 23%, ABŞ dollarında  11% və digər valyutalarda isə 14% təşkil edib. Bildirək ki, cari ilin əvvəlində bu 23%, 10% və 14% idi.

Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər milli valyutada 22%, ABŞ dollarında 11% idi. İlin əvvəli ilə müqayisədə manatda 1% bəndi düşüb.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər manatda 21% və dollarda 13% təşkil edib ki, ilin əvvəli ilə müqayisədə dəyişilməzdir.

Avtomobil kreditləri manatda 18%, dollarda 16% təşkil edib ki,  ilin əvvəli ilə müqayisədə dəyişilməzdir.

Son xəbərlər
Digər xəbərlər