13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank istehlak kreditlərinin statistikasını açıqladı

Azərbaycanda istehlak kreditləri faizləri müxtəlif istiqamətdə dəyişib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit kartları vasitəsi ilə verilən manat kreditləri son üç ayda 25%-də və təmirlə bağlı verilən kreditlər sabit qaldığı halda, məişət avadanlıqlarına verilən kreditlər 21%-dən 22%-ə yüksəlib, avtokreditlər isə 16%-dən 15%-ə düşüb.

ABŞ dollarında verilən istehlak kreditləri isə 7%-dən 8%-ə qədər bahalaşmışdır.

Mərkəzi Bankın açıqlamasına görə, 2022-ci ilin üçüncü rübünün sonu 4 mlrd. 831.3 mln. olan istehlak kreditləri  ikinci rübdə 5 mlrd. 189.8 mln. manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər