Azərbaycan Respublikasının Mərkəzi Bankı “SMARTİT”şirkətilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə lisenziyaların, habelə istismarda olan təhlükəsizlik avadanlıqlarına texniki dəstək xidmətinin satın alınması nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 690 min 677 manatdır.
Bildirək ki, İT şirkəti 2015-ci ildən bəri ən böyük şirkətlərin qorunmasını təmin edən informasiya təhlükəsizliyi sahəsində çalışır. SmartIT İT infrastrukturunu optimallaşdırmağa kömək edən həllər və xidmətlər təqdim edən bir şirkətdir.