10 C
Baku
Wednesday, November 27, 2024

Mərkəzi Bank: iyunda yeni cəlb edilmiş depozit və verilən kreditlərin faizləri düşüb

Azərbaycanda yeni cəlb edilmiş depozitlərin və verilmiş kreditlərinfaiz dərəcələri azalıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Manatda cəlb edilmiş depozitlərin orta faiz dərəcəsi 2022-ci ilin iyun ayında 0.62 faiz bəndi azalaraq 8.15%, xarici valyutada isə 0.19 faiz bəndi azalmaqla 0.76%-ə düşüb.

Verilmiş kreditlərin faizləri isə milli valyutada 0.77 faiz bəndi azalaraq 16.17%-ə,  xarici valyutada isə 0.09 faiz bəndi azalaraq 4.44%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər