Azərbaycan Mərkəzi Bankı tərəfindən “Kapital Bank” ASC-yə icrası məcburi göstərişin verilib.
Banker.az xəbər verir ki, “Kapital Bank” ASC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 9.2.1-ci yarımbəndinin tələblərinə riayət olunmadığına və valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə real vaxt rejimində (valyuta əməliyyatının aparılmasına dair məlumatın onların əməliyyat sisteminə daxil edilməsi anında) təqdim edilmədiyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.2-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Kapital Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.