“Unibank” KB ASC tərəfindən inzibatçı vəzifəsinə dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 15.2-ci maddəsinin tələbinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Unibank” KB ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.