10 C
Baku
Tuesday, November 26, 2024

Mərkəzi Bank kommersiya bankının vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı “Bank of Baku” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Bank of Baku” ASC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər