9 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank kredit ittifaqları üçün də bu imkanı yaratdı – YENİ QAYDA

Kredit İttifaqları haqqında qanuna ediləcək dəyişikliklərə əsasən, bundan sonra banklar və bank olmayan kredit təşkilatları kimi kredit ittifaqları da hər bir borc alan haqqında məlumatı mərkəzi bankın yanında mərkəzləşmiş kredit reyestirinə (MKR) və kredit bürosuna təqdim edəcək.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarı təsdiqləyib. Qərar 12 noyabr 2021-ci tarixində təsdiqlənib.

Bununla da banklar və bank olmayan kredit təşkilatları ilə yanaşı, kredit ittifaqları da hesabatlı olacaqlar. Bu isə o deməkdir ki, qiymətləndirmə prosesinin sadələşdirilməsi, tezləşməsi büronun xidmətlərindən, xüsusilə kredit hesabatından yararlanma imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, bununla bağlı edilmiş təklifdə kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyesterinə və ya kredit bürosunun məlumatların qanunda müəyyən edilmiş qayda da təqdim edilməməsinə, yaxud tam düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulması bildirilirdi. Bu zaman vəzifəli şəxlər 150 manatdan 200 manatadək, hüquqi şəxlər isə 1000 manatdan 1200 manatadək cərimə edilə bilər.

Hal-hazırda ölkədə 42 kredit ittifaqı fəaliyyət göstərir və bu yeni dəyişiklər həm də ona imkan verəcəkdir ki, müvafiq təşkilatların kredit öhdəlikləri haqqında olan məlumatlar da kredit bürosuna inteqrasiya olunsun və bütövlükdə şəxlərin öhdəlikləri haqqında daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək.


Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi

Qaydası

 

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.

  1. Anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1 kredit – hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla);

2.1.2. məlumat təchizatçısı – MKR-ə kredit haqqında məlumatı təqdim edən  kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;

2.1.3. kreditin eyniləşdirmə nömrəsi –  kredit təşkilatı tərəfindən kreditə verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.4. birgə borcalanlar qrupunun eyniləşdirmə nömrəsi –  kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla) tərəfindən birgə borcalanlar qrupuna verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.5. birgə borcalanlar qrupu – “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş şəxslər;

2.1.6. fərdi sahibkar – hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

  1. MKR-ə məlumatların təqdim edilməsi

3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.

3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.

3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.

3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.

3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir.

3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər.

3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.


Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası

MKR-ə təqdim edilən məlumatların tərkibi

  1. Kredit təşkilatı barədə:

1.1. adı;

1.2. lisenziyasının nömrəsi (ləğvetmə prosesində olan hallar istisna olmaqla).

  1. Borcalan fiziki şəxs barədə:

2.1. adı, soyadı, atasının adı;

2.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

2.3. doğulduğu yer və tarix;

2.4. fərdi indentifikasiya nömrəsi;

2.5. fərdi sahibkarın VÖEN-i;

2.6. fərdi sahibkarın müflis elan olunub-olunmaması.

  1. Borcalan hüquqi şəxs barədə:

3.1. adı;

3.2. VÖEN-i;

3.3. müflis elan olunub-olunmaması.

  1. Birgə borcalanlar qrupu barədə:

4.1. qrupun adı;

4.2. eyniləşdirmə nömrəsi.

  1. Zamin fiziki şəxs barədə:

5.1. adı, soyadı, atasının adı;

5.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

5.3. doğulduğu yer və tarix;

5.4. fərdi sahibkarın VÖEN-i.

  1. Zamin hüquqi şəxs barədə:

6.1. adı;

6.2. VÖEN-i.

  1. Kredit:

7.1. eyniləşdirmə nömrəsi;   

7.2. forması:

7.2.1. borc pul;

7.2.2. kredit xətti;

7.2.3. kredit kartı;

7.2.4. qarantiya və ya zaminlik;

7.2.5. overdraft xətləri;

7.2.6. balansdan silinmiş kreditlər;

7.2.7. lizinq;

7.2.8. faktorinq;

7.3. məbləği;

7.4. açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;

7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği;

7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;

7.7. valyutası;

7.8. verilmə tarixi;

7.9. ilkin müqavilədə göstərilmiş ödəniş tarixi;

7.10. vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi;

7.11. müddət (aylarla);

7.12. illik faiz dərəcəsi;

7.13. ay ərzində ödənilməli məbləğ;

7.14. hesabat tarixinə sonuncu ödənişin tarixi;

7.15. təyinatı:

7.15.1. fiziki şəxslərə istehlak kreditləri;

7.15.2. fiziki şəxslərə ipoteka kreditləri;

7.15.3. ticarət və xidmət sektoru;

7.15.4. energetika, kimya və təbii ehtiyatlar sektoru;

7.15.5. kənd təsərrüfatı və emal sektoru;

7.15.6. inşaat və əmlak sektoru;

7.15.7. sənaye və istehsal sektoru;

7.15.8. nəqliyyat və rabitə sektoru;

7.15.9. neft-qaz sektoru;

7.15.10. digər;

7.16. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı;

7.17. faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı;

7.18. ödəmə vaxtının uzadılması, yenidən rəsmiləşdirilməsi, restrukturizasiyası və digər dəyişikliklərin sayı;

7.19. təsnifatı:

7.19.1. nağd pulla təmin olunmuş;

7.19.2. qənaətbəxş kreditlər;

7.19.3. nəzarət altında olan kreditlər;

7.19.4. qeyri-qənaətbəxş kreditlər;

7.19.5. təhlükəli kreditlər;

7.19.6. ümidsiz kreditlər.

7.20. statusu:

7.20.1. tam ödənilmiş;

7.20.2. qeyri-işlək;

7.20.3. balansdan silinmiş;

7.20.4. işlək.

  1. Təminat üsulu:

8.1. girov (ipoteka):

8.1.1. növü:

8.1.1.1. daşınmaz əmlak;

8.1.1.2. daşınar əmlak;

8.1.1.3. hesabda olan vəsait;

8.1.2. predmeti və təsviri;

8.1.3. dəyəri (manatla);

8.1.4. qeydiyyata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi;

8.2. zaminlik;

8.3. qarantiya;

8.4. təminatsız;

8.5. digər.

Son xəbərlər
Digər xəbərlər