2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank kredit təşkilatlarından birinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Nuranə” Kredit İttifaqının lisenziyası ləğv edilib.

Bu barədə Banker.az MB-yə istinadən xəbər verir.

Bununla da kredit ittifaqlarının sayı 42-ə düşüb.

Qeyd edək ki, “Nuranə” Kİ Bərdə rayonu Mehdili kəndində dövlət qeydiyyatına alınmışdı.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər