Azərbaycan Mərkəzi Bankı (AMB) məcburi ehtiyat normasının hesablanması və saxlanılması qaydasını pozan kredit təşkilatlarına maliyyə sanksiyası tətbiq edəcək.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Dəyişikliklə AMB hesabat dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə saxlanılmalı valyutanın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və ya daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.
Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, bu hal baş verdikdə AMB İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edirdi.