8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank məktəblilər üçün səfər təşkil etdi

Mərkəzi Bankda “Maliyyə savadlılığı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində şagirdlər üçün “Qlobal Pul Həftəsi” keçirilmişdir.

“Qlobal Pul Həftəsi”nin qeyd olunması, həmçinin bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd ölkədə uşaq və gənclərin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının və rasional maliyyə davranışlarının artırılmasından ibarətdir.

Bu ilki tədbirlərdə əsas hədəf qruplarından biri kimi Bakı Avropa Liseyinin şagirdləri seçilmişdir. Belə ki, “Qlobal Pul Həftəsi” tədbirləri çərçivəsində Liseyin bir qrup qabaqcıl şagirdinin Mərkəzi Banka səfəri təşkil edilmişdir.

Səfər zamanı şagirdlər Mərkəzi Bankın xəzinəsi ilə, o cümlədən modern xəzinə infrastrukturu, nağd pulun saxlanması, daşınması və emalı işləri ilə tanış olmuşlar. Daha sonra şagirdlərə pul nişanlarına həsr olunmuş təqdimat keçirilmişdir.

Qeyd edək ki, Azərbaycanda artıq ənənə halını almış “Qlobal Pul Həftəsi” 2011-ci ildən başlayaraq hər il keçirilir. Həmçinin məktəblilərin maliyyə savadlılığının artırılması üçün müvafiq maarifləndirmə işlərinin digər məktəblər arasında da aparılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər