Azərbaycan Respublikasının Mərkəzi Bankı “SMARTIT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında məlumat itkisinin qarşısının alınması, məlumat bazalarına və həmçinin sistemlərə giriş çıxışın nəzarəti üzrə avadanlıq və proqram təminatlarının alınaraq quraşdırılması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 862 049 manatdır.