7 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank: “Maliyyə sektorunun inkişaf strategiyası hazır olmaq üzrədir”

Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişafı ilə bağlı strategiya üzərində işləri tamamlamaq üzrədir.

Bunu qurumun Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.

Bundan başqa, AMB rəsmisi deyib ki, noyabrın 9-dan ölkədə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun qüvvəyə minəcək: “Bundan sonra maliyyə bazarlarında ödəniş effektivliyinin formalaşdırılması istiqamətində zəruri və fundamental tədbirlərin görülməsinə başlanılacaq. Strateji hədəfimiz növbəti dövr ərzində açıq bankçılıq konsepsiyasının formalaşdırılması, açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir. Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı sığorta sektoru və kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər