2021-ci ilin oktyabrında Azərbaycan manatının məzənnəsi tərəfdaş ölkələrin valyutaları qarşısında möhkəmlənib. Bu da son iki ayda ardıcıl artım tendensiyasının davam etməsidir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2021-ci ilin oktyabr ayında manatın ticarət tərəfdaşları valyutalarının qarşı real effektiv məzənnəsi 105.5 bənd təşkil edib.
Bu da son bir ayda 2.1 bənd, 2.03% artım deməkdir. İlin əvvəlindən isə 5.6 bənd, yaxud 5.6% artmışdır.
Qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi (REM) 101.4 bənd təşkil edib ki, bu da son ayda 1.5 bənd artım deməkdir.
REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.
| Real effektiv məzənnə | ||
| Tarix | ümumi | qeyri-neft sektoru üzrə | 
| Yanvar 2020 | 99.6 | 93.3 | 
| Fevral 2020 | 101.7 | 95.4 | 
| Mart 2020 | 104.9 | 100.3 | 
| Aprel 2020 | 107.4 | 102.7 | 
| May 2020 | 106.3 | 101.3 | 
| İyun 2020 | 102.8 | 98.3 | 
| İyul 2020 | 102.1 | 97.9 | 
| Avqust 2020 | 101.5 | 98.1 | 
| Sentyabr 2020 | 102.5 | 99.1 | 
| Oktyabr 2020 | 103.1 | 99.9 | 
| Noyabr 2020 | 102.7 | 99.3 | 
| Dekabr 2020 | 100.3 | 97.1 | 
| Yanvar 2021 | 99.9 | 96.8 | 
| Fevral 2021 | 100.6 | 97.3 | 
| Mart 2021 | 102.2 | 98.9 | 
| Aprel 2021 | 104.0 | 100.8 | 
| May 2020 | 102.4 | 99.2 | 
| İyun 2021 | 101.5 | 98.2 | 
| İyul 2021 | 102.7 | 99.4 | 
| Avqust 2021 | 102.4 | 99.1 | 
| Sentyabr 2021 | 103.4 | 100.0 | 
| Oktyabr 2021 | 105.5 | 101.4 | 

 
                                    




